 Hörmətli iş adamları! |
Dinamik inkişaf edən iş dünyasında nəzərəçarpan uğurlar əldə etmək
üçün çevik qərarlar qəbul etmək və elə çevik də həmən qərarların
icrası tələb olunur. Bu istehsalat prosesində gündəlik və yaranması
az ehtimal olunan problemlərin əmələ gəlməsi qaçılmazdır. Belə
olan halda bir neçə yerə zəng edib, lazım olanları axtarmağa,
həmçinin onları müxtəlif yerlərdən alıb gətirməyə vaxt sərf
etməkdənsə, zeng edib bütün sifarışlərı bizə verməyiniz daha sərfəli
olmazmı? Təsəvvür edin sizin ofisinizə lazım olan ən müxtəlif mallar:
dəftərxana ləvazimatı, ərzaq və təsərrüfat malları, standart və
qeyri-standart xidmətlər və bunlardan başqa bir çox başqa mal və
xidmətlər hamısı bir əldən operativ şəkildə sizə çatdırılır! Əgər
nəzərə alsaq ki, qiymətlərimiz topdan satış (!?) qiymətlərindən
fərqlənmir bu zaman belə xidmətin “çəkisi” daha çox artır. Mən
xüsusi ilə çətin tapılan malların tapılmasında öz xidmətlərimizi
təklif edərək sizi bir çox qayğılardan azad etmək istərdim. Eyni
zamanda sənədləşmənin mərkəzləşdirilmiş, bir əldən aparılması
sənədləşmə işlərinidə qarışıqlığın qarşısını alır və işin sürətını,
verimliyini (FİƏ) artırır. Bütün söyləninlənlərin nə qədər həqiqətə
uyğun olmasını ən sadə riyazi hesablamalar bariz göstərə bilər. Belə
olan halda bizim şirkətə nə qədər ehtiyac olduğu aşkara çıxar.
Bizim şirkətimiz Azərbaycan bazarında nisbətən yeni fəaliyyət
göstərən şirkətlərdəndir. Lakin buna baxmayaraq bu müddət ərzində
biz öz layiqli yerimizi tutmağa nail olub, Sizə etibarlı və
keyfiyyətli xidmət göstərməkdəyik. Uğurumuza səbəb kimi fəaliyyət
sahəmizə daxil olan xidmətlərə prinsipial yeni yanaşmanı göstərə
bilərik. Bu prinsiplər peşəkar kollektivə, çevik xidmətə və müştəri
məmnunluğuna arxalanır! Biz hər bir müştərimizə personal yanaşır və
daim onun istəklərini yüksək tuturduq. Mən əminəm ki, ilk
əməkdaşlığımız bizim uzunmüddətli əməkdaşlığımız üçün münbit baza
yaradacaq və Siz bundan yalnız məmnunluq duyacaqsınız. Beləliklə
Sizi öz müştərimiz kimi görməkdən yalnız şərəf və məmnunluq duyardıq.
Hörmətlə, icraçı direktor:
Anar HÜSEYNLİ
E-mail: anar@arhun.az
|